Həyatın sözləri yalnız Səndədir Biz kimin yanına gedə bilərik? Sənin hüzurunda olmaq istərik, Bir körpə uşağa dönmək istərik. Biz hara gedərik Sənin yanından? Atanın sözləri yalnız Səndədir. Sənin o sevimli şagirdin kimi Sinənə sığınıb qalmaq istərik. Sözün yolumuza nurdur, çıraqdır Sənin işığında qalmaq istərik. Dəvət elədiyin Padşahlığında Biz Səninlə birgə olmaq istərik. Atanın yanına getmədən öncə Böyük bir tapşırıq Sən verdin bizə. Əməl edib Sənin tapşırığına Hamıya Sən haqda demək istərik. Biz hara gedərik Sənin yanından? Həyatın sözləri yalnız Səndədir. Müjdəni tez yayıb bütün dünyaya Təkrar gəlişini görmək istərik.Cuore in mano 恳求主 lljạls ʿly̱ ạlʿrsẖ قد علمت Isus bes q'urbane Jest jedno ciało lyk ạlsjwd Prosternons-nous Adieu, mon frère, adieu مادمت أحيا
Song not available - connect to internet to try again?