Hökm üçün göndərməmiş Allah Oğlun dünyaya, Dünya qurtulsun deyə, Oğul gəlmiş dünyaya. Məhkum olunmaz əsla Ona hər iman edən, İman etməyən insan məhkumdur lap əzəldən. Çünki iman etməmiş Tanrının göndərdiyi Allahın Vahid Oğlu Rəbb İsanın isminə. Nura gəlmir hələ də Yer üzərində insan, Çünki zülməti nurdan daha çox sevir insan. Rəbbi sevən hər kəsin etdiyi əməlləri Qoy bəlli olsun deyə, yaxınlaşır Allaha. Rəbbi sevən hər kəsin əməlləri Allaha Məqbul olduğu üçün nura gəlir hər zaman. Sən, əziz dostum, dinlə Allahın canlı sözün, Gəl, tövbə et, təmizlən hər bir günah şərindən. Qoy sənin hər əməlin, qoy sənin hər təməlin İşıqlansın Allahın saf, təmiz Kəlməsiylə. Nurda gəz, nurda yeri hər zaman Rəbb Sözüylə Yer üzünü dolaşsın insan Rəbb Müjdəsiylə.İçinizden Biri Sıkıntıda Mı? (B) Jestem tego pewien Tú guardarás en perfecta paz KA LUNG CHUNGAH AW THLUM A RUNG THANG Құлап даңқымды коямын Que la paix de Dieu (DLG252) Fonte di vita أنا بيك خطاياي مغفورة Миний сүнс Эзэнийг магтан дуулж Hak olan ne varsa
Song not available - connect to internet to try again?