Həyatın sözləri yalnız Səndədir Biz kimin yanına gedə bilərik? Sənin hüzurunda olmaq istərik, Bir körpə uşağa dönmək istərik. Biz hara gedərik Sənin yanından? Atanın sözləri yalnız Səndədir. Sənin o sevimli şagirdin kimi Sinənə sığınıb qalmaq istərik. Sözün yolumuza nurdur, çıraqdır Sənin işığında qalmaq istərik. Dəvət elədiyin Padşahlığında Biz Səninlə birgə olmaq istərik. Atanın yanına getmədən öncə Böyük bir tapşırıq Sən verdin bizə. Əməl edib Sənin tapşırığına Hamıya Sən haqda demək istərik. Biz hara gedərik Sənin yanından? Həyatın sözləri yalnız Səndədir. Müjdəni tez yayıb bütün dünyaya Təkrar gəlişini görmək istərik.Keď tvoj žitia kríž je ťažký Stań wędrowcze Pace al mio spirito Králi traja z Orientu Урагш алхах зориг минь Та O Signore يا أرض Nepozná nikto budúce dni Иса күнәларды кешірдің Sen benim yavrumsun
Song not available - connect to internet to try again?