İnsanlar İsa Məsihi, Xilaskarı rədd etdilər, Məhkum edərək Salehi,ölüm hökmünü verdilər. Onu söydülər, döydülər, alçaldıb təhqir etdilər, Günahkarların əliylə Rəbbi çarmıxa çəkdilər. Axdı Rəbb İsanın Qanı Qalqota deyilən yerdə, Ona «susadım» deyərkən su deyil, sirkə verdilər. Yalvarıb Allaha İsa Ona əzab verənlərçün, Son gücünü toplayaraq vəsadət etdi onlarçün: «Bağışla onları Ata, nə etdiklərin bilmirlər», Məhəbbət dolu sözləri sanki heç eşitmədilər. Püşk atıb aralarında paltarlarını böldülər, «Allahın Məsihisənsə, Özünü xilas et»,- dedilər. Qəfildən bütün ölkəyə qatı bir qaranlıq çökdü, Məbədin pərdəsi bu an ortadan iki bölündü. Uca səslə nida edib İsa söylədi: «Ey Ata, Öz Ruhumu verirəm Mən Sənin əllərinə.» Ey insanlar, Allah Oğlu bizə görə əzab çəkdi, Ölülərdən ilk olaraq dirilib, Göylərə getdi.Doxology فوق كل قوة ورياسة Földbe hullt a sárga búzamag إنت يارب إديتني إرادة Un soffio di vita Ciuf ciuf il trenino va Мой Папа ввёл меня в землю изобилия Trei în Unu Unu--n Trei Tam k výšinám فيك كل الفرح
Song not available - connect to internet to try again?