İman edib, qəbul etmək insan üçün çoxmu çətin? Allah istər yaratdığı bir çiçək belə solmasın. Allah səni yaratmışdır, sən Allaha qarşı çıxma, «Allahsız bir heçdir insan» deyən dillər yox olmasın. Min hiyləylə var - dövlətə sahib olan qoy anlasın - Onun yeri cəhənnəmdir, varında gözü qalmasın. Allah səni yaratmışdır, sən Allaha qarşı çıxma, «Allahsız bir heçdir insan» deyən dillər yox olmasın. «İsa Rəbdir» deyəni söyüb daş - qalaq edənlər, Bunca insan övladı gərək daş ürəkli olmasın. Əriyəcək daş ürəklər Allahın Öz qüdrətiylə, Canı Allahdan olan gərək naxələf olmasın. Kim ki sevir öz canını, o itirər öz canını, Rəbbi sevən lütf qazanar, buna heç şübhən olmasın. Əriyəcək daş ürəklər Allahın Öz qüdrətiylə, Canı Allahdan olan gərək naxələf olmasın.الأب تطلع Научи меня Боже молиться Славный Сион благодатный La cruce unde a murit Hristos Բարի Հովիվ է Տերը Hay un Nombre Kalbim Sevinçli, Ben İsa'yla Giderim zhǔ shì nǐ jiù le wǒ de líng hún Ry Madagasikara soa أنا باشكي حالي
Song not available - connect to internet to try again?