İnsanlar İsa Məsihi, Xilaskarı rədd etdilər, Məhkum edərək Salehi,ölüm hökmünü verdilər. Onu söydülər, döydülər, alçaldıb təhqir etdilər, Günahkarların əliylə Rəbbi çarmıxa çəkdilər. Axdı Rəbb İsanın Qanı Qalqota deyilən yerdə, Ona «susadım» deyərkən su deyil, sirkə verdilər. Yalvarıb Allaha İsa Ona əzab verənlərçün, Son gücünü toplayaraq vəsadət etdi onlarçün: «Bağışla onları Ata, nə etdiklərin bilmirlər», Məhəbbət dolu sözləri sanki heç eşitmədilər. Püşk atıb aralarında paltarlarını böldülər, «Allahın Məsihisənsə, Özünü xilas et»,- dedilər. Qəfildən bütün ölkəyə qatı bir qaranlıq çökdü, Məbədin pərdəsi bu an ortadan iki bölündü. Uca səslə nida edib İsa söylədi: «Ey Ata, Öz Ruhumu verirəm Mən Sənin əllərinə.» Ey insanlar, Allah Oğlu bizə görə əzab çəkdi, Ölülərdən ilk olaraq dirilib, Göylərə getdi.కట్టెలపై నీ శరీరం yạ rwḥ ạllh sr ạlḥyạẗ Миннатдорман мени яратганингга ВЛАДЕЕ БОГ Si en esta vida andas sin gozo Kuşakların Ezgisi Bırakma Bizi Koru Bizi hw ạlrb ạlqdyr Z najtmavších nížin zeme Я счастлив
Song not available - connect to internet to try again?