Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim, O ağrılı günlərim bir də geri dönməsin. Solmuş, qəmli üzümdən bezmişəm artıq mən də, Sevinmək və şadlanmaq keçir körpə qəlbimdən. Mən gəlirəm köməyinə, edəcəyəm kömək sənə, Çəkdiyin ağrıları yox edəcəyəm, körpəm. Mən sənin gözlərindən yaşları siləcəyəm, Səni müqəddəs edib Göylərə götürəcəm. Gəl köməyimə, Rəbbim, Sən ol arzum, diləyim, Bu dünyada istəyim Sənlə olmaqdır, Rəbbim. Həyatım Sənin olsun, Sən qal mənim qayğıma, Çarmıxdakı əzabın həkk olsun həyatıma. Sevinir bu ürəyim, çünki azadlıq tapdım, Rəbb İsanın əliylə günah yükünü atdım. Oxu, Müqəddəs Ruhum, oxu həmişə, Rəbbə, Azad bir quş tək uçum Rəbb gələndə Göylərə.تتكلم بالأحلام Avrai cura di me Кудайсыз дүйнөдө мен жашап келгем Шохларнинг Шохи Исо Масих قايراتتۇۇ بول، ەگەر قوقۇس ạ̹lqạʾ myn gẖyrk Jesus Christ is still the same Звезда рождества nṣʿd nmlkhạ Падают нежно снежинки
Song not available - connect to internet to try again?