Mənim sadiq Dostum var - çox qiymətli , Məni qaynar bir sevgiylə sevir. Əsla ayrılmaram İsa Məsihdən, Hər yerdə birgəyik biz. Bəzən yorğun, qəmgin olsam da, Əlimdən tutub O, qüvvət verir. Öz parlaq nuruyla mənim yoluma İşıq saçıb yanımla gedir. Ürəyimin hər gizli sirrini Dua edib deyərəm Rəbbimə. Cavab gələr mənə daim Göylərdən - Belə danışırıq biz. Ondan başqa Xilaskarım yox, Ondan başqa ümid yerim yox, Ondan başqa vəd verənim yox, Odur Rəbbim, Allahım. Mənim sevgim Onun sevgisinə Heç vaxt çata bilməz, bunu bilirəm. Mən Rəbbimlə yaşaram sevgiylə, Hər zaman birgəyik biz Qürbətdə olan həyatım bitər, Cənnətdə başlayar sevincli günlər. Rəbbimi üz-üzə gözlərim görər, Birlikdə yaşarıq biz.Умудуму Раб'бе Балъйорум У Иерусалимских гор Damlai Ni Abeih Ma Hin Figlia del Re ТИ СИ СЛАВЕН Дух плоды производящий Se scurg aşa de iute anii kl rkbẗ swf tnḥny̱ lạsmk Tebe patrí chvála mzmwr 131 - mrnm
Song not available - connect to internet to try again?