Maral axar sulara həsrət qalan kimi, Ey Allahım, könlüm Sənin həsrətini çəkir. Var olan Allah, qəlbim Sənin üçün susayıb, Ey Allahım, nə vaxt gəlib hüzurunda görünüm? Mənim qəlbim, niyə kədərlisən, Köksümdə narahatsan? Ümidin yenə Allaha bağla, Çünki yenə Ona həmd edəcəyəm. (Məzmur 42:3-6) Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər : «Bəs hanı Allahın?» Bunları yada salarkən ürəyim üzülür. Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım. Mənim qəlbim niyə qırılmısan, Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini Allaha bağla,çünki mən yenə Ona, Xilaskarıma və Allahıma həmd edəcəyəm. Uzaq diyarda mənə gündüz Rəbb məhəbbət göstərir, Gecələr isə həyatımın Allahına dua dilimdən düşmür. Qayama, Allahıma deyirəm: «Niyə məni unutdun?» Düşmənlərim mənə: «Bəs sənin Allahın hanı?» -deyirlər.Иман Еттим Бен Иса'я Ушунчалык Кудай сүйүп дүйнөнү Тахт - таҹындан јерə енди Ravoravo re ny foko ارمي همومك ع الرب Perfecto Amor قدوس .. قدوس .. قدوس సజీవుడేసుని రక్తంలో راكع لك ربي إداني سلطان
Song not available - connect to internet to try again?