Minnətdaram Sənə mən, ey İlahi, Mənim Yaradanım, sevgili Tanrım. Aç gözlərimi, qoy Səni tanıyım, Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi! Gözün nuru, qəlbin atəşi Sənsən, Zövq alıram əllərinin işindən. Səni sevən dönə bilərmi Səndən? Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi! Sən insana ən böyük dost, yoldaşsan, Cana məlhəm, dərdi duyan sirdaşsan, Zəifl ərə dayaq, ərlərə başsan, Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi! Xoşbəxtliyə təməl, sülhə açarsan, Zülməti qovaraq nurlar saçarsan. Hökmün qüdrətli, əbədi varsan, Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi! Necə cazibəli, necə gözəlsən, Hər şeyi Yaradan, İlksən, Əzəlsən. Hamıdan izzətli, uca, yüksəksən, Minnətdaram, minnətdaram, minnətdaram Sənə, İlahi!W niebie wielka radość Услышь слова мои Ты ныне Sen aıttyń Cantaré con gozo Som ako ten vojak Emmanuel ЧАЛЫЫ НАЗЫН Bütün Halkların Ümidi Рассвет над городом ạ̉ḥzạnnạ ḥmlhạ
Song not available - connect to internet to try again?