Mən tamam itmişdim, Sən məni tapdın, Yaddan da çıxmışdım, Sən yada saldın. Ağacından qopan tənha yarpaq tək üzürkən havada Əlini uzadıb Sən məni tutdun, Bunları Sən etdin, Sən etdin mənə. Tamam üzülmüşdüm şəfqət göstərdin, Yox olub getmişdim nəzər yetirdin. Yaralarıma da məlhəm qoyaraq Sevgi nəfəsiylə məsh etdin məni. Bunları Sən etdin, Sən etdin mənə, Bunları Sən etdin mənə. Kar idi qulaqlarım, açdın Sən, Kor idi gözlərim, indi görürəm. Yolundan azmış tənha quzutək Uçurum kənarında qarşıma çıxdın, götürdün məni. Bunları Sən etdin, Sən etdin mənə. Tamam əzilmişdim, şəfqət göstərdin, Tamam üzülmüşdüm, təsəlli verdin. Tamam çarəsizdim, dadıma yetdin, Ölüm diyarından Sən aldın məni, Bunları Sən etdin, Sən etdin mənə, Bunları Sən etdin mənə.تواضعي نفسي Wannan Labarin Yesu Kullum In Riƙa Ji زي ما جيت في المذود نعظمك نباركك yuàn zuò lì zhǒng zi shì jiè shàng suī yǒu hěn duō de kǔ nán 사랑의 노래 드리리 Ó, Spasiteľu, akú mal si vinu Emmanuele Во мне мир как река
Song not available - connect to internet to try again?