Mənim sadiq Dostum var - çox qiymətli , Məni qaynar bir sevgiylə sevir. Əsla ayrılmaram İsa Məsihdən, Hər yerdə birgəyik biz. Bəzən yorğun, qəmgin olsam da, Əlimdən tutub O, qüvvət verir. Öz parlaq nuruyla mənim yoluma İşıq saçıb yanımla gedir. Ürəyimin hər gizli sirrini Dua edib deyərəm Rəbbimə. Cavab gələr mənə daim Göylərdən - Belə danışırıq biz. Ondan başqa Xilaskarım yox, Ondan başqa ümid yerim yox, Ondan başqa vəd verənim yox, Odur Rəbbim, Allahım. Mənim sevgim Onun sevgisinə Heç vaxt çata bilməz, bunu bilirəm. Mən Rəbbimlə yaşaram sevgiylə, Hər zaman birgəyik biz Qürbətdə olan həyatım bitər, Cənnətdə başlayar sevincli günlər. Rəbbimi üz-üzə gözlərim görər, Birlikdə yaşarıq biz.Без Христа-наша жизнь суета Тебе пою всем сердцем я เชื่อ Jeg vet at det finnes en himmel يعلا الموج Бом-бом Jeso o, Sakaizanay Номингни шарофлаймиз Раббим Kuwatafuta عاسىرلار ٴۇمىتى
Song not available - connect to internet to try again?