Olmadı yer Sənə bu Yer üzündə, Kədərli göründün bir qərib kimi. Sən Göylərdən endin, Nur dünyasından, Günah dünyasında olanlar üçün. Qaranlıq axurda, saman üstündə Keçirdin ilk günü bu Yer üzündə. Belə qarşıladı bu dünya Səni Taxt - tac sahibini, həyat verəni. Olmadı yer Sənə bu Yer üzündə, Yaxın bir sirdaşın, bir arxadaşın. Pisliklə, zülmətlə təkcə vuruşdun Həqiqət və Allah oldu köməyin. Olmadı yer Sənə bu Yer üzündə, Çarmıxda tapıldı yalnız yer Sənə. Nurunu bu dünya qəbul etmədi, Günahı, zülməti daha çox sevdi. Olmadı yer Sənə bu Yer üzündə, Kədərli göründün bir qərib kimi. Sən Göylərdən endin, Nur dünyasından Günah dünyasında olanlar üçün. Olmadı qəlblərdə yer Sənə, Rəbbi Ürək qapımızsa açıqdır Sənə. Dünya Səni dansa, qəbul etməsə, Hər bir övladındır bir məbəd Sənə.Prends-moi tel que je suis Hijos del celeste Rey Numai Tu-mi cunoşti durerea Yesus Berpesan تەڭىردىن الدىنا A Cikin Ikonka, Ya Yesu Kristi Отче наш Habla oh Dios y yo escucharé مەيرامنىڭ قۇربان قانىمەن hạ̉fḍl ạ̉rnm wạ̉rfʿ ṣwty
Song not available - connect to internet to try again?