Qəlbimdə qəm, kədəri illərdir saxlayıram, Ağırlaşmış bu yükü hələ də daşıyıram. Nə vaxtadək ürəyim üzüləcək, bilmirəm, Gözümdən kədər yaşı silinəcək, görəsən? Üzümdən qəm, kədəri heç silə bilməyirəm, Sevinmək və şadlanmaq keçir mənim qəlbimdən. Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim, Bu ağrılı günlərim bir də geri dönməsin. Gəl köməyimə, Rəbbim, Sən qal mənim qayğıma, Çarmıxdakı əzabın həkk olsun yaddaşıma. Səninlə bağlı olsun qoy hər arzum, diləyim, Bu dünya istəyindən təmizlə məni, Rəbbim. Oxu, Müqəddəs Ruhum, oxu həmişə Rəbbə, Azad quş kimi uçum Rəbb gələndə Göylərə.Máš trón Jasaj celá zem أيها السيد Когда Иисус мой лучший Друг Dip Dip Di Di Dip أختبرني يا الله Раб Ихтияджъм Вар Ya Ƴanta Mu Victoria prin Isus avem pe vecie GOD IS WITH US
Song not available - connect to internet to try again?