Qalxaq Qolqotaya, qardaşım, Orda Allahın Məsihi çarmıxdadır. Haqq danışır, xəstələri sağaldırdı, İndi isə çarmıxdan asılmışdır. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım , O, çox əzab, susuzluq çəkir. Dünyaya Həyat suyunu verənə «Susadım» dedikdə, sirkə verdilər. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, O yalvararaq Ataya dua edir: «Ata, Sən onları bağışla, -deyir,- Çünki nə etdiklərini bilmirlər» . Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, O, gözlərini göyə yönəldib deyir: «Ata, bəs niyə Sən məni tərk etdin?» Səni və məni qəbul etsin deyə. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, Ordan Müqəddəsin səsi yüksəlir: «Tamam oldu,- deyir Ataya,- Ruhumu Sənin əlinə verirəm» . Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, Bizə görə əzab çəkənə baxaq. Baxaq, O, xilasımızı necə baha , Necə əzablarla satın alır. Səcdə edək ona!Z Panny Pán Ježiš je narodený Salmo 86 Chi ha fatto il cielo lassù? "FEAR NOT" zhǔ wǒ xīn yī kào nǐ Веди меня Господь мой Свет Z večera, keď všade vôkol xīng xīng zhī huǒ yǐ rán liáo yuán Jeesus, ristin juurella Навстречу Тебе
Song not available - connect to internet to try again?