Qaranlıq gecədə, bağlı qapını Hey dayanmadan kim isə döyür. Səs verən yoxdur, yorğun əllərlə Qapını yenə də kim isə döyür. Bu, Xilaskardır, durub qapıda, Məsum və həlim, qapını döyür. Sənə kömək üçün, şəfa vermək üçün Ürək qapısını hey döyür, döyür. Ürək doludur qəm ,qüssə ilə, Kimsə yenə gəlib qapını döyür. Ümid işığı sönmüş bir evin Kəndarında durub qapını döyür. Ürəyi üzür vicdanın səsi - Kimsə qapıdadır, qapını döyür. Kimisə köməyə çağırırıq biz, Məsih qapıdadır, qapını döyür. Qapını döyən səs hey güclənir, Kimsə dayanmadan qapını döyür. Günahlı ürək, tövbəyə tələs, Qapı döyülür, açmağa tələs. Bu, Xilaskardır durub qapıda, Onu qəbul edib xilasa tələs.Özlediğim Bir Yer Var Сонгогдсон Ochii mei Te vor vedea Каждое утро изливается Твоя благодать Voi cânta Domnului meu despre via Lui Reste avec nous Ray o! Asehoinao lạ ykẖzy mntẓrwk إن توانت فانتظرها ربى أنت للتعابى
Song not available - connect to internet to try again?