Qulaq asın Haqdan gələn səslərə, Oyaq olun, Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə, Qucaq olun, Allahı sevənlər. Ayaz dəymiş yanaqları qızdırın siz, Şaxta vurmuş barmaqları qızdırın siz, Buza dönmüş ürəkləri qızdırın siz, Ocaq olun, ey Allahı sevənlər. Allah olsun dilinizin duası, Allah olsun gözünüzün şüası, Allah olsun qəlbinizin mayası, Çıraq olun, Allahı sevənlər. Sarsılmayın haqsızlıqlar olanda, İşıqlanın zülmət nuru boğanda. Haqqın nuru yağış kimi yağanda Torpaq olun, Allahı sevənlər.lạ̉ Mai adu-ţi, adu-ţi aminte Проходит время Мы победители أعطاني الرب أحلي عطية సొంతమైపోవాలి నాయేసుకు Je nádherné PRVÝM AJ POSLEDNÝM Ночь воскресенья Христа Դու Արժանի Ես Գոհության
Song not available - connect to internet to try again?