Rəbbə iman edən utandırılarmı? Ona iman edən utandırılmaz. Qoy bu qalsın sizin yaddaşınızda Bunu O demişdir Öz kəlamında. Allahımız nurdur, pakdır, təmizdir Oğlu ləkəsizdir, qüsursuz, müqəddəsdir. Siz də mənim kimi Müqəddəs olun - Bunu O demişdir Öz kəlamında. Onu döyənləri döymədi heç vaxt, Onu söyənləri söymədi heç vaxt. Çalışın, dilinizi siz yüyənləyin, Bunu O demişdir Öz kəlamında. İsa bizim üçün Qanını töküb, Cismən əzab çəkib, sonra dirilib. Bu fi kirlə siz də silahlanın - Mənə iman edən xilas olacaq, Bunu O demişdir Öz kəlamında. İmanı hifz edin, son ana qədər Onun zühurunu arzu eyləyin. Sizlərçün salehlik tacı hazırdır Bunu O demişdir Öz kəlamında. Arzu edənlərin hamısına Rəbb Verəcək salehlik tacını, bilin. İmansız olmayın, iman eyləyin, Bunu O demişdir Öz kəlamında.Ромашка Baýyrym bet buraıyq ليك المجد يا عالي Взяв все грехи мира на Себя ạ̉rfʿk yạ ạ̹lhy Шифо деҳ övgüler olsun, Amin! Lord I lift your Name Եկեք Երգենք Նոր Երգեր Մեր Տիրոջ Fajar Menyingsing
Song not available - connect to internet to try again?