Rəbbim İsa, varlığımı bu imana layiq eylə, Mənə olan o sevgiyə, mərhəmətə layiq. Yaşayım Sözünlə, gedim Sənin izlərin ilə, Nurlanım Kəlamın ilə, bu Kəlama layiq. Dərk eyləyim hikmətini, bilim ki, nəyə layiqsən, Dərk edim məhəbbətini, o, səcdəyə layiq. Mənə görə qan axıdıb çarmıxda əzabla öldün, Doğruldum bu əzabları, olum Sənə layiq. Həkk olunsun Müqəddəs surətin mənim ürəyimə, Söz danışım, addım atım bu surətə layiq. Üz tutum dar yoluna, dözüm hər bir əzabına, Yetişim Padşahlığına, olum Ona layiq.Destê Xwe Radikim Boy Te Оставьте миру суету Дорога домой Вот город убежища там за стеной ربي ساعدني أتعلم أشكر Когда устал и ослабел я духом 醒悟吧中国 sẖkraⁿạ lḥbk Allah Yana Gaba, Muna Bi Bayansa Слава Тебе
Song not available - connect to internet to try again?