Rəbbim, susamışam su axtaran maral kimi, Səndən başqa heç kəs mənim Susuzluğumu söndürə bilməz. Ya Rəbb, daim Sənin hüzurunda olmaq istərəm, Doldur məni Öz Ruhunla, Sənin diri suların qoy axsın daxilimdə. Qoy axsın çayların, qoy yağsın yağışın, Doldursun daxilimi diri sularla. Lütfün, məhəbbətin, mərhəmətin gəlsin, Pak yaşamağa kömək etsin. Müqəddəssən! Sənin yollarını dərk etməyə kömək eylə Və bu yolda düz getməkçün Öz Ruhunla idarə eylə. Qoy Müqəddəs Ruhun alovlansın qəlbimizdə, Ya Rəbb, yalvarırıq Sənə Çatdır bizi Göylərə, doğma Vətənimizə. İsa, öyrət bizə Sənə necə xidmət edək, Sənin yollarınla doğru, düzgün gədək.Na Jezusa, Króla swego لا تخف Genç İnsan Yolunu Nasıl Temiz Tutar Kita Dirangkul Oleh Kuasa Kasih هذا هو اليوم السعيد Shyn júregimmen Seni súıemin Isa Душа торжествуй в Иисусе Действуй через нас Ni, Ina Son Yesu Сəн лазымсан мəнə
Song not available - connect to internet to try again?