Sözündə Rəbbim deyir,Mən sənin dayağınam, Əhd edib, məni xilas edəcək. Mən Ona inanıram, qorxudan da azadam, Bilirəm mərhəməti böyükdür. Tək Sənə sığınıram, Sən mənim ümidimsən, Səndə mən möhkəmlənirəm. Sonsuz sayda xoş işlər etmisən həyatımda, Mənə mərhəmətin böyükdür. Mərhəmətin əhatə edir məni, Bütün qəlblə arxayınam Sənin məhəbbətinə. Günahdan azad edib, qəm-qüssədən qurtardın, Qaranlıqdan məni çıxardın. Sənə yalvarıram, tərk etmə mənim canımı, Sənin mərhəmətinə möhtacam. Sənin böyük mərhəmətini ifadə edə bilmirəm.Všade tam, kde sú Pacatul ne-anşelat amar Berik turamyn Hardadır o gözəl, o sakit bol həyat? La Tine vin Isuse la Tine vin cum sunt Родина Ты безмерно собой хороша Родина ئەيسا مەسىھ، خۇدانىڭ سۆزى Aw Van Thagau Sizi təbrik edirik, xeyir-dua dilərik Севгилим Калк Ве Гел
Song not available - connect to internet to try again?