Sən hələ dünyaya heç gəlməmişdin, Əllərimi qoydum Mən sənin üstə. Doğuldun sən xoşbəxt ulduz altında, Dünyada yox ikən Mən sevdim səni. Sən doğruldacaqsan ümidlərimi, İzzətimi səndə göstərəcəyəm. Körpə balam, qorxma, Mən səninləyəm, Görürəm səyini, məhəbbətini. Qulaqlarıma çatır o duaların, Eşidirəm hər an, hər saat səni. Hikmətimlə səni dolduracağam, Qoymaram heç zaman Mən darda səni. İncili yazacam Mən ürəyinə, Mən Özüm açacam hər sirri sənə. Mən Özüm verəcəm öyüd-nəsihət, Qüdrətimi səndə göstərəcəyəm. Dilə balam, dilə, diləyən alar, Hər diləyən alar, axtaran tapar. Müdriklik istədin, onu verəcəm, Hikmətimlə səni dolduracağam. Saleh bir həyat sür, imanla yaşa, Tamam bir az vaxt da keçəcək, balam, Mən sənin ardınca qayıdacağam, Səbrli, duanda səyli ol, balam. Möhkəm ol imanda, duanda, balam, Əbədi həyatdır qismətin sonda. Daha bir az zaman keçəcək, inan, Mən sənin ardınca qayıdacağam.Cristo os dice venid a mí 'Ku Berserah Kepada Allahku You are my healer سنة ورا سنة Стою, подняв взгляд и руки rwḥy tbḥtẖ Canım Rab'bi Yüceltir Հիսուս, Իմ Փրկիչն ես Otcov Dom Спасибо
Song not available - connect to internet to try again?