Sevinirəm varlığına, Adına, Nə yaxşı ki, böyük Yaradanım var. Təsəllimsən, sevincimsən həmişə Nə yaxşı ki, qayğıma qalanım var. Mənim canım Sənə bağlı əzəldən, Mənsə Səni tanımadım, bağışla. Seçilmirdim sarı yarpaq xəzəldən, Əfv et məni, Tanrım, bu gün bağışla. Keçmişimə utanıram baxmağa, O illərdə sevməmişəm Səni mən. İndi isə ətəyindən tutmuşam Ürəyimə buraxmışam Səni mən. Ruhum, qəlbim sevinc tapıb Səninlə, Ağa Sənsən, mən qulunam bu gündən. Sənə sadiq bir övlad olacağam, Təsəllini alacağam İncildən.在人海中我遇见了你 Bones Santo Ъйидир Овмек Le Fils de Dieu vint sur la terre Na Jezusa krzyż spoglądaj Özgürlük Var Najlepszy Lekarz zbliża się Criançinhas oren yạ kẖạṭy ạʿrf ṭryqk
Song not available - connect to internet to try again?