Sən hələ dünyaya heç gəlməmişdin, Əllərimi qoydum Mən sənin üstə. Doğuldun sən xoşbəxt ulduz altında, Dünyada yox ikən Mən sevdim səni. Sən doğruldacaqsan ümidlərimi, İzzətimi səndə göstərəcəyəm. Körpə balam, qorxma, Mən səninləyəm, Görürəm səyini, məhəbbətini. Qulaqlarıma çatır o duaların, Eşidirəm hər an, hər saat səni. Hikmətimlə səni dolduracağam, Qoymaram heç zaman Mən darda səni. İncili yazacam Mən ürəyinə, Mən Özüm açacam hər sirri sənə. Mən Özüm verəcəm öyüd-nəsihət, Qüdrətimi səndə göstərəcəyəm. Dilə balam, dilə, diləyən alar, Hər diləyən alar, axtaran tapar. Müdriklik istədin, onu verəcəm, Hikmətimlə səni dolduracağam. Saleh bir həyat sür, imanla yaşa, Tamam bir az vaxt da keçəcək, balam, Mən sənin ardınca qayıdacağam, Səbrli, duanda səyli ol, balam. Möhkəm ol imanda, duanda, balam, Əbədi həyatdır qismətin sonda. Daha bir az zaman keçəcək, inan, Mən sənin ardınca qayıdacağam.xìn xīn de mó fàn yà bó lā hǎn Знам Той ме води Халасгәр бар خداوندا تو در پایان من باش Ježiš, meno najmilšie Их Эзэний алдар бидэнд илэрлээ MAIS TOI, MON ROI, MON BOUCLIER По- близо! إكليله مضفور One day
Song not available - connect to internet to try again?