Xilaskarım, Sənə yalvarıram, Mən öz yaralı qəlbimlə, Qarşında göz yaşı axıdıram, Sənə baxıram mən ümidlə. Mənə uzat Öz Müqəddəs əlini, Təmizlə günahlardan məni. Ürək əzabımı unutmaq istərəm, Yalnız Səndə dinclik tapar qəlbim. Sənin önündə mən baş əyirəm, Qoynunda dincələrəm Sənin. Ehtiyacımı heç kəsə demərəm, Düşündürmür dərdim bir kəsi. Sən isə Öz həlim Ruhunla Ürəyimə verərsən təsəlli. Şəfa verərsən yaralı ruhuma, Göstərərsən nurlu Xilas yolun. Sən Özün güc ver, dözüm ver mənə, Çarmıxımı dinmədən daşıyım. Nə vaxt günah məni sövq etsə, Ondan üzümü döndərə bilim. Bütün qəlbimlə sevim mən Səni, İnsanları Sən tək bağışlayım. Çətin anlarda dayaq ola bilim, Bütün qəlbimlə mən onları sevim.Navê Te Bilind Dikim أنا راض يا رب بأحكامك Цар величності ktr kẖyrk Di Saat Angin Topan రుచి చూచి ఎరిగితిని T'aimer, ô Sauveur charitable C'est à l'ombre que tes ailes Ota, Sevaman Seni Иса - Тәңір
Song not available - connect to internet to try again?