Yaşamağa güc ver mənə. Yaşamaqçün heç taqətim qalmayanda, Şəkk-şübhələr daxilimə zərbə vurub, Parçalayıb, dağıdanda yaşamağa güc ver mənə. Hər cür çətin anlarımda, ey Allahım, Yalvarıram ver gücündən, ver mənə bol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Bu günümü, sabahımı ancaq Sənə həsr eyləyim, Ürəyimi qurbangahın üzərinə, Həyatımı əllərinə verə bilim. Yerdəki yaşayışımla Əbədi rahatlığı qazana bilim, Sən mənim köməkçim, havadarım ol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Mənimlə birlikdə çörək bölən dostum Rəqib olub bu dostluğu unudanda, Diləyirəm, qoyma məni tənhalıqda. Güc ver mənə unutmayım Sənin məni sevdiyini tək qalanda, Əziz dostum, sirdaşım ol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Ən ağır, ən çətin anımda belə Dilimdən izzət düşməsin. Ata məhəbbətini göstərdin mənə, Övladlıq borcum qalmasın. Sənə qovuşmağa can atıram mən, Sən burda bələdçim, Sən rəhbərim ol Mənimlə ol, mənimlə ol.Vedle nacer! Oh, qué maravilla! Sunlight, sunlight in my soul today Данлап йырлағыҙ Երբ Ճանապարհ Եմ Դուրս Գալիս zǒng yǒu yī tiáo lù bǎ wǒ men xiāng lián Ruhani Hayat ạ̉dkẖlny rwḥ ạlmylạd Czekaj, duszo moja Sen Sevgisan Rabbonim Аз имам един цар
Song not available - connect to internet to try again?