Yaradanım, yüksəklərdən ucasan, Sonu bitməz məhəbbətin var Sənin. Rəbb Allahım, ürəklərdə təkcəsən, Tükənməyən sədaqətin var Sənin. Ata Allah, hər an Səni istərəm, Ruhdan olan Rəbb İsanı istərəm. Hər bir xalqın, hər insanın, istərəm, Ürəyi Allahın məbədi olsun, Bu məbəd, Allahım, əbədi olsun. Varmı Səndən yüksək varım, dövlətim? Müqəddəs Ruh ürəklərin sərvəti. Ey ümidim, ey böyük məhəbbətim, Yenilməyən güc, qüdrətin var Sənin. Rəbbim İsa bizə böyük yol açıb, Səndən olan qüdrət ilə nur saçıb. Neçə insan neçə dildə dil açıb Danılmayan bir hikmətin var Sənin.Ó, pracuj, dřív se schýlí Не устрашусь (Господь небесных воинств) 若我今日还在世界上奔跑 Let Your Glory Fall พระเป็นแสงสว่าง wǒ cóng yuǎn fāng zhī dào nǐ yswʿ ḥy - tạ̉ml Ek steek my hand op Эрхэм дээд Эзэн минь ʿly̱ ạlṣlyb
Song not available - connect to internet to try again?