Yaradanım, yüksəklərdən ucasan, Sonu bitməz məhəbbətin var Sənin. Rəbb Allahım, ürəklərdə təkcəsən, Tükənməyən sədaqətin var Sənin. Ata Allah, hər an Səni istərəm, Ruhdan olan Rəbb İsanı istərəm. Hər bir xalqın, hər insanın, istərəm, Ürəyi Allahın məbədi olsun, Bu məbəd, Allahım, əbədi olsun. Varmı Səndən yüksək varım, dövlətim? Müqəddəs Ruh ürəklərin sərvəti. Ey ümidim, ey böyük məhəbbətim, Yenilməyən güc, qüdrətin var Sənin. Rəbbim İsa bizə böyük yol açıb, Səndən olan qüdrət ilə nur saçıb. Neçə insan neçə dildə dil açıb Danılmayan bir hikmətin var Sənin.Хурсандман - Худо мен билан доим Мой сильный Бог может сделать всё Любовь Твоя O! mihobia, ry vahoaka any Ziona! Isus va cheama veniti la El قدرة ربنا Od Boga zdala szlak mój szedł З кожным днём даражэй My, Ježišovi vojaci Isus Hristos e Domnul Aleluia
Song not available - connect to internet to try again?