Yaşamağa güc ver mənə. Yaşamaqçün heç taqətim qalmayanda, Şəkk-şübhələr daxilimə zərbə vurub, Parçalayıb, dağıdanda yaşamağa güc ver mənə. Hər cür çətin anlarımda, ey Allahım, Yalvarıram ver gücündən, ver mənə bol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Bu günümü, sabahımı ancaq Sənə həsr eyləyim, Ürəyimi qurbangahın üzərinə, Həyatımı əllərinə verə bilim. Yerdəki yaşayışımla Əbədi rahatlığı qazana bilim, Sən mənim köməkçim, havadarım ol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Mənimlə birlikdə çörək bölən dostum Rəqib olub bu dostluğu unudanda, Diləyirəm, qoyma məni tənhalıqda. Güc ver mənə unutmayım Sənin məni sevdiyini tək qalanda, Əziz dostum, sirdaşım ol, Mənimlə ol, mənimlə ol. Yaşamağa güc ver mənə. Ən ağır, ən çətin anımda belə Dilimdən izzət düşməsin. Ata məhəbbətini göstərdin mənə, Övladlıq borcum qalmasın. Sənə qovuşmağa can atıram mən, Sən burda bələdçim, Sən rəhbərim ol Mənimlə ol, mənimlə ol.你当诚心祷告主 Куда спешишь ты окруженный суетой Tesoro incomparable ЛЮБОВ ПО ВИСОКА Хөл алдах үед تصبح على خير Na Tvoje diela, Bože, keď sa dívam Масеҳ меояд Come siamo fragili فوق كل قوة ورياسه
Song not available - connect to internet to try again?