Yolların dümdüzdür, buna şübhə yox, Sənin Sözün ilə yaşamaq gərək. Sən bizi seçmisən, biz Səni deyil, Böyük etimadı doğrultmaq gərək. Sən dedin, siz sevin Mən sevdiyim tək, Yaşayın hər zaman yaşadığım tək. Güc bizə ehsan tək Məsihdən gələcək, İnanmaq, inanmaq, inanmaq gərək. Güc bizə ehsan tək Məsihdən gələcək, Onun varlığına söykənmək gərək. Kor kimi zülmətdə hey dolananın, Günah dəryasında üzüb-batanın, Çarəsiz qalaraq əl-qol atanın, Tezcə fəryadına yetişmək gərək. Əqlə, biliyə yox, qəlblərə baxır, Kamala, hüsnə yox, əmələ baxır. Ürəkdə közərən işığa baxır, Onu alışdırıb yandırmaq gərək.brfʿlk ṣlạty Кой друг е достоен Yücelteceğim ṭhrny mn jwh Ezért áldjon, Uram, az én ajkam Posielam vás yạ gẖrbẗ Արժանի Ես Փառքերի Кудай үнүнө кулак сал, кызматка Ал чакырат 服侍神是我们的福份
Song not available - connect to internet to try again?