Yolu həm həqiqi, həm də düz yoldur, Bu yola üz tutub yerimək gərək. Allaha, həyata aparan yoldur, Şübhə etməyərək inanmaq gərək. O bizi sevibdir, biz Onu deyil, O bizi seçibdir, biz Onu deyil. Ey günahkar insan, azad olmaq üçün Məsihə inanmaq, inanmaq gərək. Allahın Oğluna iman edərək, Onu ürəyinə buraxmaq gərək. Kor kimi zülmətdə dolaşır insan, Günah dəryasında boğulur insan, Çarəsiz qalaraq sarsılır insan, İşığı Məsihdə aramaq gərək. Məsih insanın kimliyinə baxmaz, Daşıdığı günah yükünə baxmaz, Ağlına,hüsnünə,varına baxmaz, Verdiyi sədəqə,qurbana baxmaz. O bizdən qurban yox, mərhəmət istər, Özünə bəraət yox, tövbə istər, Riyasız, hiyləsiz məhəbbət istər, Məsihdən nümunə götürmək gərək. Allahın Oğluna iman edərək Onu ürəyinə buraxmaq gərəkيسا ٴتاڭىرىم، بارلىق ٴومىرىم Qu'ils sont beaux sur les montagnes ฉันรับพระสัญญา Qara júregim meniń rby ạ̹ny ạ̉ḥmdk Tu Palabra es verdad Szentháromság 무화과 나뭇잎이 msạfẗ qlb Birgina Isoda baxtiyor boʻldim
Song not available - connect to internet to try again?