Allaha fəryad eylə, vardır cavab verənin, İman et, O köməkdir, hər an sənə dayaqdır. Dua et heç dayanma, vardır səni eşidən, Onu çağıranlarçün O həmişə oyaqdır. Günah qalib gəlirsə, vardır bağışlayanın, Diz çök Onun yaralı ayaqları önündə. Qoy Qanından bir damla töksün sənin üstünə, Yusun hər bir günahı peşman olmuş qəlbində. Əgər yorulmusansa , səni möhkəmlədən var. Əgər çətinsə sənə bu yolda addımlamaq, Sənin ayaqlarına güc verərək həmişə Yıxılmağa qoymayan möhtəşəm bir Qayan var. Niyə təlaşlanırsan, tufana, qasırğaya Əmr edib dayandıran, tabe etdirənin var. Ruha qeyrət, oyaqlıq verərək Öz sözüylə Qəlbdə tükənməz sevinc mənbəyi açanın var. Çətinliklər qapını döyürsə yenə sənin, Dərdinə şərik olan yaxın bir Sirdaşın var. Nə edim, necə edim deyərkən tez eşidib Düzgün məsləhət verən, düz yol göstərənin var. Çağır hər an Allahı, cavab verən Rəbbin var, İnan, kömək, dayaqdır Onu çağıranlara. Durmadan dua elə, bil vardır eşidənin, Özü tapılacaqdır Onu axtaranlara.Skala spásy Profundo es el amor de Dios لأنك يارب في طمأنينة Şükür, hamdlar olsun sade Ku Yi Ƙarfin Zuciya Cikin Allahnmu ngẖmẗ ạmtlk ạlạ̉yạm ạljạyẗ Voglio Te Здравствуй суббота Наш костёр такой уютный Jesús Es La Luz Del Mundo
Song not available - connect to internet to try again?