Bizimçün Göylərdən qurbanlıq gəldin, Günahlar üçün çarmıxa çəkildin, İman toxumu tək yerə səpildin, Bizə qurtuluşsan, İsa Məsihim. Biz Sənlə yol açdıq Ata Allaha, Nurlu gələcəyə, gözəl sabaha, Geriyə bir addım atmarıq daha, Bizə qurtuluşsan, İsa Məsihim. Oğul tək isminə iman etmişik, Qanınla günahdan təmizlənmişik, Müqəddəs Ruhunla qüvvətlənmişik, Bizə qurtuluşsan, İsa Məsihim. İsminlə Atadan hər nə diləsək, Arzu, diləyimizi tez biləcək. İmanla istəsək, Tanrım verəcək, Bizə qurtuluşsan, İsa Məsihim. Sənin İsmin ilə izzətlənmişik, İman gətirmişik, qiymətlənmişik. Allah hikmətiylə ziynətlənmişik, Bizə qurtuluşsan, İsa Məsihim.Mi Antióchiások vagyunk yạ rwḥ ạllh ạmlknạ Haleluya, Pujilah Tuhanmu وقف طول بالك Ликованьем спасённое сердце полно Poď k Bohu v každej potrebe 내 마음을 가득채운 mḥtạj lṣwtk yrsẖdny Mareste suflet al meu Tinerii lui Isus veniţi dar
Song not available - connect to internet to try again?