Bu dünyadan qoru məni, dünya kədər içindədir, Günah kor edib gözləri, insanlar dərd içindədir. Yalvarıram, ey Allahım, bu dünyadan qurtar məni, Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni. Savaş gedir hər bir yanda, dinclik yoxdur bu dünyada, İnsan itirib hörməti, edir iyrənc xəyanəti. Yalvarıram, ey Allahım, ibrət almayım onlardan, Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni. İtiriblər doğru yolu, ürəkləri kinlə dolu, Doymurlar pis əməllərdən, günah yaşar ürəklərdə. Yalvarıram, ey Allahım, mən kömək istərəm Səndən, Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni. Haqsız dünya yorub məni, qəmlə doldurub qəlbimi, Mən sevirəm, ya Rəbb, Səni, Özün təmizlə qəlbimi. Yalvarıram, ey Allahım, bu dünyadan qoru məni, Yalvarıram, ey Allahım, bu dünyadan qurtar məni.Certe sere عايز رضاك zàn měi de shī gē yō zài zhè lǐ chàng xiǎng Te-am văzut străbătând munţi înalţi Veď nás, ó, Pane Худо Менинг Раббим Это легко Pre Ježiša nikdy neváhame شذرة 6 yạ ṭạlb wjh ạlrb
Song not available - connect to internet to try again?