Qaranlıq, günahlı olan bu dünya Nə sənə, nə mənə, heç kimə qalmaz. Bizə qalan yalnız əməllərimiz, Rəbbə qulaq asaq, çətinlik olmaz. Bu həyat sınaqdır, dözün sınağa, Əbədi həyatçün dəyər ahlara. Nə yaxşı, biz Onun övladlarıyıq, Onunçün Ataya sadiq qalmalıyıq. Gəlin, elə ömür sürək dünyada, Rəbb görsün, sevinsin bizə baxanda. Elə yaşayaq, nur olaq dünyada, Bizə baxan izzət versin Ataya. Bu dünyada kədəriniz olsa da, Sevinin, şadlanın siz Atanızla. Qəlbiniz sıxılsa, gözlər yaşarsa da, Rəbb gözdən qoymayır sizi bir an da.Doamne Tu eşti fericirea noastră mzmwr 87 - mrnm Revolutionary Love Zwróć swój wzrok na Jezusa tạyb ạ̉nạ wndmạn Med Jesus i familien أقوى راعٍ Con Dio Благо мне благо мне Nie mów, że dawne dni
Song not available - connect to internet to try again?