Təmizliyi, safl ığı Sən öyrədirsən bizə, Günahsız yaşamağı Sən öyrədirsən bizə. Bir rahatlıq, bir ümid gətirdin ömrümüzə Alqış, Rəbbimiz İsa, Səndəki mərhəmətə. Məlhəm oldun qəlblərə, yaralı ürəklərə, Sevinc, təsəlli verdin qəlbləri kövrəklərə. Güc gəldi zəifl əmiş, qüvvətsiz biləklərə Alqış, Rəbbimiz İsa, Səndəki əzəmətə. Kim küsər, kim inciyər, Sənin bircə sözündən? Dilin də qəlbin kimi təmiz oldu Özündən. Nə bir insan, nə bir kəs, yayınmadı gözündən, Alqış, Rəbbimiz İsa, Səndəki məhəbbətə. Gəlib dindirirsən Sən dünyadan küskünləri, Sıxırsan ürəyinə Səni sevən kəsləri. Bu dünyanın şərindən qoruyursan bizləri, Alqış, Rəbbimiz İsa, Səndəki bu qüdrətə.Dengar Panggilan Tuhanmu Chcę do Jezusa mego ЕТО ТОЙ Е ЖИВ Я прошу Тебя, Господь мой, не оставь меня в беде باراباس لذلك سر قلبي When we all bow down Montre ta force, Seigneur! دايماً بتأمل فيكي Gəlin, siz insanlar, xilas olmağa
Song not available - connect to internet to try again?