Xilaskarım, Sənə yalvarıram, Mən öz yaralı qəlbimlə, Qarşında göz yaşı axıdıram, Sənə baxıram mən ümidlə. Mənə uzat Öz Müqəddəs əlini, Təmizlə günahlardan məni. Ürək əzabımı unutmaq istərəm, Yalnız Səndə dinclik tapar qəlbim. Sənin önündə mən baş əyirəm, Qoynunda dincələrəm Sənin. Ehtiyacımı heç kəsə demərəm, Düşündürmür dərdim bir kəsi. Sən isə Öz həlim Ruhunla Ürəyimə verərsən təsəlli. Şəfa verərsən yaralı ruhuma, Göstərərsən nurlu Xilas yolun. Sən Özün güc ver, dözüm ver mənə, Çarmıxımı dinmədən daşıyım. Nə vaxt günah məni sövq etsə, Ondan üzümü döndərə bilim. Bütün qəlbimlə sevim mən Səni, İnsanları Sən tək bağışlayım. Çətin anlarda dayaq ola bilim, Bütün qəlbimlə mən onları sevim.اسألني أعطي الأمم اوع تخاف لحظة Isa meniń dosym لماذا تنحني يا نفسي mạdẖạ ạ̉rd llʿly Ovláda zem, nebo Господь Прибудь Ты с нами Qudaı súıip bizderdi jalǵyz Ulyn jiberdi Узрю Бога Ježiš je práve tu
Song not available - connect to internet to try again?