Səslə, səsini eşidən var, İnan, səsinə səs verər. Sən dilə, dualarını, Ürəyinin sədalarını duyan var. Günah qəlbinə yol tapsa əgər, bağışlayan var, Onun yaralı ayaqlarına çök, səni təmizləyib Sudan saf edənin var, səni sevən Xilaskarın var. Səni əgər duymasalar, Yəqin bil, duyanın var. Həm sözünü, həm düşüncəni, Ürəyinin gizli sirini bilən var. Ruhdan düşsən,qəlbən küssən, sənə qanad verən, Quş tək göylərə, asimana qaldıranın var. Hər dərddə, hər bəlada möhkəmlədib qoruyanın var. Şübhə qəlbinə yol tapsa əgər, Sarsılmaz bir dayağın var. Ölüm ayağında olsan belə, Sənə yenidən həyat verən Allahın var. Əgər yorğunsan, yolun çətinsə,sənə qüvvət verən, Həyəcanını, ağrılarını şəfalı əliylə sakitləşdirən, Sevənin var, mərhəmətli Allahın var. Bizə görə əzab çəkən Xilaskarımız, Rəbb İsamız var.Pecadores, venid, a Jesús Если войти ко мне в сон 영광의 왕 찬양합니다 رحوبوت كەل، بارايىق عولعوتاعا! أنت هو الرب وحدك Rab biz kime gidelim? SAMBATRA IANAO Eternal Father, strong to save Comme une colombe
Song not available - connect to internet to try again?